"Ferentsvaroş" "Qarabağ"ın forvardını istəyir

"Qarabağ"ın hücumçusu Ovusu Kvabena bir çox komandanın maraq dairəsindədir.

Newsport.az saytına verilən məlumata görə, qanalı hücumçunu istəyən komandalar arasında "Ferentsvaroş"un da adı var.

Macarıstan çempionu hücum xəttini məhz "Qarabağ"ın hücumçusu ilə gücləndirmək istəyir.

Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesovun Kvabenanı sərəncamında görmək niyyətindədir.

Xatırladaq ki, "Qarabağ" bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferentsvaroş" səddini keçərək pley-offa vəsiqə qazanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right