“Sabah”ın iki futbolçusu “Kəpəz”də

“Sabah” FK gənc futbolçular Abdulla Rzayev və İdris İnqilablını icarəyə verib.

Newsport.az-ın məlumatına görə, hər iki futbolçu cari mövsümün sonuna kimi Gəncənin “Kəpəz” klubunda çıxış edəcək.

Qeyd edək ki, Abdulla cari mövsümün ilk yarısını icarə əsasında “Şamaxı” klubunda çıxış edib. İdris isə mövsümün ilk yarısını “Sabah”da keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right