“Turan Tovuz” hazırlığa Bakıda başladı

“Turan Tovuz”da istirahət başa çatıb.

Newsport.az-ın məlumatına görə, Tovuz təmsilçisi bu gün mövsümün ikinci hissəsi üçün hazırlığa start verib.

Bakıda bir araya gələn komanda yanvarın 7-də Antalyaya yola düşəcək.

Tovuz klubu Türkiyədə üç yoxlama oyunu keçirəcək. Ayxan Abbasov yetirmələrini Rumıniyanın “Petrolul” (9 yanvar), İsveçrənin “Aarau” (13 yanvar) və Polşanın “Qurnik” (17 yanvar) komandaları ilə görüşlərdə sınaqdan keçirəcək. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right