Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ildə ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.
Newsport.az xəbər verir ki, 67 futbolçunun yer aldığı siyahıda "Qarabağ"ın hücumçusu Ramil Şeydayevin də adı var. Millimizin hücumçusu 25 qolla 55-ci sıradadır.
2022-ci ildə ən çox qol vuran futbolçu Kilian Mbappedir.
PSJ-də çıxış edən forvard ötən il 56 qolla yadda qalıb.