“Şamaxı”da daha bir ayrılıq

“Şamaxı” klubu futbolçusu Adil Nağıyevlə yollarını ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

27 yaşlı futbolçu sözləşmə ilə məxsus olduğu “Səbail”ə qayıdıb.

Xatırladaq ki, Adil Nağıyev mövsümün əvvəlində məhz “dənizçilər”dən “Şamaxı”ya transfer olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right