“Qəbələ"və "Qarabağ” qalib gəldi YENİLƏNİB

Azərbaycan Premyer Liqasında III turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün daha üç qarşılaşma keçiriləcək.

Günün ilk qarşılaşmasında "Neftçi" və "Sumqayıt" üz-üzə gələcək. Geridə qalan iki turdan cəmi 1 xal qazanan "Neftçi" bu görüşdə qələbə qazanmağa çalışacaq. Keçirdiyi iki görüşdə uduzmayan "Sumqayıt" isə ən azı səfərdən 1 xalla ayrılmaq niyyətindədir.

Avropa Liqasında uğurlu çıxışı ilə diqqət çəkən "Qəbələ" Premyer Liqada da iddiasını davam etdirir. "Qırmızı-qaralar" bu gün öz meydanında "Kəpəz"i sınağa çəkəcək. Roman Qriqorçukun komandası bu oyunda qələbə qazanacağı təqdirdə liderliyə yüksələcək.

Son Azərbaycan çempionu "Qarabağ" səfərdə AZAL-ın qonağı olacaq. Keçirdiyi iki oyundan məğlub ayrılan AZAL güclü rəqibi ilə dueldə xal qazanmağa çalışacaq. Lakin çempionluq uğrunda mübarizə aparan "Qarabağ"ın buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Premyer Liqada 3-cü tura sabah keçiriləcək “Zirə” – “İnter” oyunu ilə yekun vurulacaq. 

 

 

23 avqust

Azərbaycan Premyer Liqası, 3-cü tur
 

21:00. “Qəbələ” – “Kəpəz” - 1:0 
Qol: 
Ermin Zec, 6 (1:0)
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Paşayev Ömər, Əhmədov Ramil
Qəbələ şəhər stadionu

21:00. AZAL – “Qarabağ” - 0:2

Qollar: Mahir Mədətov, 44 (0:1), Dani Kintana, 65 (0:2)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
“Dalğa Arena”

 


18:15. “Neftçi” – “Sumqayıt” - 2:1
Qollar: 
Araz Abdullayev, 51 (1:0), Rəhman Hacıyev, 53 (2:0), Nuran Qurbanov, 77 (2:1) 
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ağayev Əliyar, Həsənov Rəhim
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

24 avqust

21:00.“Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu



24 avqust

21:00.“Zirə” – “İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu



22 avqust

“Xəzər Lənkəran” – “Rəvan” - 1:1 
Qollar: 
Ramazan Abbasov, 54 (0:1), Rahid Əmirquliyev, 87-pen (1:1)
Qırmızı vərəqələr: Elşən Rzazadə, 47 ("Xəzər Lənkəran"), Adrian Skarlatake, 90+1, ("Xəzər Lənkəran")
Hakimlər: Rəhim Həsənov, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev
"Xəzər Lənkəran" mərkəzi stadionu





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right