“Neftçi”nin futbolçusu Kipr klubuna keçir?

“Neftçi”nin futbolçusu Gilyerme Pato karyerasını Kiprdə davam etdirə bilər.

Newsport.az “sportime.sigmalive.com” saytına istinadən xəbər verir ki, adıçəkilən ölkənin bir neçə klubu braziliyalının transferində maraqlıdır.

“Neftçi” 21 yaşlı hücumameyilli futbolçunu qış fasiləsində icarəyə verməyi planlaşdırır. Pato eyni zamanda, “Qəbələ”nin də transfer gündəmində yer alır.

Gilyerme Patonun “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right