Tuyqun Nadirov: "Növbəti oyunlarda öz meydançamızda heç-heçə etməyə haqqımız qalmayacaq" MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutan “Xəzər Lənkəran” – “Rəvan” oyunu 1-1 hesablı bərabrəliklə başa çatdı. Oyundan sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Newsport.az saytına müsahibə verib:
 
 
-Öncə qarşılaşma haqqında nə deyə bilərsiniz?
-Oyunla bağlı baş məşqçi öz fikirlərini bildirdi. Düşünürəm ki, tam olaraq bütün suallara cavab verdi. Bizi sevindirən məqa odu ki, azarkeşlər tribunaları doldurmuşdular. Ümid edirəm ki, bundan sonrakı turlarda daha çox azarkeş komandamıza dəstək olmaq üçün meydançaya gələcək. Oyun bizim üçün çox çətin keçdi.İkincio yarınınəvvəlindən komanda 10 nəfərlə mübarizə aparmalı oldu. Bu isə bizə çətinlik yaratdı. Hiss olunurdu ki, komanda əziyyət çəkir. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı olacaq. Bundan sonrakı turlarda yeni transferlərimiz də komandaya qoşulacaqlar. Onlar hazırda mövcud olan boşluqları aradan qaldırmağa çalışacaqlar. Əsas odu ki, komanda arxada qalan turlarda məğlub olmadı. Növbəti oyunlarda öz meydançamızda heç-heçə etməyə haqqımız qalmayacaq.
 
-Oyunun idarəçiliyi ilə bağlı nə deyə bilərsiniz. “Xəzər Lənkəran” iki qırmızı vərəqə aldı...
-Keçən dəfə “Sumqayıt”la oyundan sonra bu barədə danışmışdım. Sözügedən oyunlardan sonranarazı qaldığımız oyunları ictimaiyyətə təqdim etdik. Hər oyun hakim haqqında pis və ya yaxşı danışmaq bizə başucalığı gətirməz. Hər hansı oyunda komandamız hakim ucbatından səhv edibsə biz səhvi özümüzdə axtarmışıq. Elə düşünürəm ki, futbolçular öz üzərində daha çox işləməlidilər. Məşqçinin verdiyi tapşırıqları həddindən çox yerinə yetirməlidilər. Mükəmməl oynadıqda heç bir hakim komandanın qələbəsinə mane ola bilməz.
 
-Əvvəlcədən yeni oyunçuların yalnız sentyabrda oynayacağını bilirdiniz. Bunu bildikdən sonra komandanın qarşısına bu üç turda neçə xal qazanmaq qoymuşdunuz?
-9 xal gözləyirdik. Açıq etiraf edək ki, “Rəvan” da çempionata pis başlamayıb. Nəzərə alsaq ki, “İnter”i məğlub etmişik. Bundan başqa “Sumqayıt”la bərabərə qalmışıq. Nəticəni qənaətbəxş saymaq olar. Yeni oyunçular heyətə qatıldıqdan sonra bəzi problemlərini aradan qalxacaq.
 
-Bundan sonra komandanın hədəfi nə olacaq?
-Hazırda problemimiz yoxdu. Futbolçular qayıtdıqdan sonra və Sadio Tounkara zədəsini sağaltdıqdan sonra “Xəzər Lənkəran” var gücü ilə oynayacaq. Amma bildirim ki, gənc futbolçulardan qurulmuş heyətimiz dəzəif oynamadı. Təcrübəli futbolçulardan qurulmuş “İnter”dən 3 xal götürə bildi. Bununla da onlar özlərini sübut edə bildilər və rəhbərliyin düz yolda olduğunu göstərdilər.
 
-Hazırda baxışda iki futbolçu var. Baş məşqçi onlarla bağlı fikir bildirib?
-Baş məşqçi hazırda onları yoxlayır. Hazırda futbolçularla bağlı heç bir qərar qəbul etməmişik. Yəqin ki, yaxın günlərdə onların taleyinə aydınlıq gələcək.
 
-Mövzüdan kənar olsa da bir sual verməık istəyirik. Meydanda “Xəzər Pal” şirkətinin reklamını gördük. Həmin şirkət komandanın sponsorlarından biridi?
-Sponsorlarımızdan biridi. Maksimum çalışırıq ki, komandaya yeni sponsorlar cəlb olunur. Bir şeyi vurğulamağınızı istəyirəm. Bizim “Nar Mobile” şirkəti ilə müqaviləmiz var. Reklam yerləşdirməkdən başqa bizə azarkeşlərin meydana dəvət olunmasında köməklik edirlər. Bilet alana sponsor olaraq mükafatlar verirlər. Elə bilirəm ki, “Xəzər Lənkəran” daim bu işdə aktivlik göstərir. Ümumiyyətlə söhbət sponsordan getmir. Futbol klublarının baş sponsordan savayı maddi dəstəkləri olmalıdır. Maddi dəstək verən nə qədər çox və müxtəlif olarsa bu maraqlı və kütləvilik olur. Bilirsiniz ki, biz uzun müddətdir heç bir kanala oyunlarımızı canlı yayımlamağa icazə vermirdik. Bu bizim strategiyamız idi. Elə bilirəm ki, biz bu ağır yolda qələbə qazandıq. Nəticədə nəinki “Xəzər Lənkəran”ın oyunlarını pul ödəyib canlı yayımladılar. Ümumiyyətlə bütün klublarımıza oyunlarını canlı yayımlamaq üçün pul ödənişləri oldu. CBC kanalı yüksək peşəkarlıq nümayhiş etdirib bu cür oyunlar yayımlayır. Belə keyfiyyətli oyunlar həm futbolun gözəlliyini, həm də təbliğatını artırır. Digər tərəfdən hakimlər öz işlərinə daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, mikroskop altında epizodlara bir neçə kadrdan baxıb səhvlərini görürlər. Daha əvvəllər mübahisəli epizodları əldə edə bilmirdik. Buna görə də, heçbir mübahisəli epizodlara dəqiq söz demək mümkün olmurdu. Keyfiyyətli yayımdan sonra isə hər bir epizoda istər hakimlər, istərsə də futbolçular işlərinə daha da məsuliyyətlə yanaşırlar.
 
-“Nar Mobile” media nümayəndələri və digər insanlar tərəfindən birmənalı qarşılanmadı. Yəni bunu başqa yerə yönəltdilər ki, “Xəzər Lənkəran” pulla azarkeşi meydançaya dəvət edir. Buna münasibətiniz necədir?Sizin fikrinzcə "Xəzər Lənkaran"ın "muzdlu" azarkeşə ehiyacı var?
- Hər bir futbol klubunun oyununa azarkeş gəlməsi onun oyunundan asılıdır. Mən bildirmək istəyirəm ki, “İnter” üzərində qazanılan qələbə və mövsümə uğurlu start azarkeşlərin böyük marağına səbəb oldu. Amma belə bir adət var. İstənilən Avropa klubunda futbolçular müəyyən reklam aksiyalarında iştirak edirlər və bu ənənəni “Xəzər Lənkəran” yarananda və bilet satanda hamı deyirdi ki, bütün arenalara giriş pulsuzdur, təkcə “Xəzər Lənkəran”dan başqa. Bizim pula ehtiyacımız yoxdur ki, pulla bilet sataq. Amma pulla satılan bilet, azarkeşlər üçün böyük dəyərdir. Bizimoyunlara ucqar kəndlərdən belə azarkeşlər gəlir. Bu aksiyalar isə azarkeşləri öncəkilərdən daha çox meydançaya cəlb edir. Düşünürəm ki, bizim azarkeşlər nəyəsə xatir meydançaya gəlmirlər. Bunu səhv başa düşmək lazım deyil. Bilirsiniz ki, “Xəzər Lənkəran” Avropa klublarının etdiklərini Azərbaycanda həyata keçirməyə çalışır.
 
-Stadionun durumu ilə bağlı soruşmaq istəyirik. Görünən odu ki, hazırda qazonun durumu ürəkaçan deyil...
-Hazırda Azərbaycanda bütün meydançalarda belə problemlər oldu. Düzdü problemlər var. Havalar çox isti oldu. Mütəxəssislərimiz isəmeydançanı əllərindən gəldiyi səvviyədə daha yaxşı saxlamağa çalışdılar. İnşallah növbəti ev oyunlarında meydança çox ideal vəziyyətdə olacaq.
Mərdan Həsənov




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right