Şahruddin tənqidlərə cavab verdi

“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ona yönələn tənqidlərə münasibət bildirib.
 
Newsport.az xəbər verir ki, 28 yaşlı qapıçı İnstaqramdakı səhifəsində izləyicilərinin suallarını cavablandırarkən bu məsələyə də toxunub.
 
“Tənqidlərin olması normaldır. Bu, bəzən düzgün nəticə çıxarmağa yardımçı olur” - deyə o bildirib.
 
Xatırladaq ki, Ş.Məhəmmədəliyev bu mövsüm avrokubokların bəzi matçlarındakı səhvlərinə görə medianın və azarkeşlərin tənqidi ilə üzləşib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right