Qazaxıstan mətbuatı: "Bakıdakı məğlubiyyət Azərbaycan yığmasına daha güclü olduğunu deməyə əsas verdi"

Qazaxıstan mediası ilin idman məyusluqlarını qeyd edib.

Newsport.az “sports.kz” portalına istinadən xəbər verir ki, “top-8”ə Qazaxıstanın futbol komandasının UEFA Millətlər Liqasının C divizionunun son oyununda Azərbaycan yığmasına uduzması (0:3) daxil edilib.

Qazaxıstanlı həmkarlarımız məsələ haqda bu cür yazıb: “Bəli, indi çox danışmaq olar ki, Qazaxıstan millisi UEFA Millətlər Liqasının C divizionunda Azərbaycan paytaxtında qrup mərhələsinin son oyununa öz qrupunda vaxtından əvvəl birinci yeri tutduğu üçün həvəssiz çıxmışdı. Amma bütün bunlar bəhanə ola bilməz. 
Əslində, vaxtilə SSRİ-nin tərkibində olan ölkələr arasında futbol meydançalarında qarşıdurmalar çox fundamental xarakter daşıyır və kifayət qədər yüksək dəyəri var. Bakıdakı 0:3 hesablı məğlubiyyət Azərbaycan yığmasına daha güclü olduğunu deməyə əsas verdi. Baxmayaraq ki, qazaxların qrupdakı yeri daha yüksəkdir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right