"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, gənc futbolçu 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Oyuna pis başladıq. Birinci hissədə səhvlərimiz çox oldu. İkinci hissəni daha yaxşı keçirdik. Sadəcə, qırmızı vərəqə oyunumuza mənfi təsir etdi. Penaltiyə gəlincə, hakim düzgün qərar qəbul etdi. Topa birinci çatmışdım və rəqib futbolçu cərimə meydançasında mənə toxunduğu üçün yıxıldım. Azərbaycan yığmasına dəvət almağıma gəlincə, 18 yaşım var və millidə oynamaq istəyirəm. Dəvət aldığıma görə sevinirəm".