Musa Messinin formasını geyindi, PSJ-nin oyununu izlədi Foto

Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranan qış fasiləsindən istifadə edən “Qarabağ”ın hücumçusu Musa Qurbanlı hazırda Fransada səfərdədir.

Newsport.az xəbər verir ki, Parisdə istirahətdə olan futbolçu bu fürsətdən istifadə edərək Liqa-1-in ötən axşam keçirilmiş PSJ – “Strasburq” görüşünü (2:1) canlı izləyib.

Musa oyuna Argentina millisi və PSJ-nin hücumçusu Lionel Messinin formasında gedib.

O, bu barədə şəkli “İnstagram” hesabında paylaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right