Yığmamızdan ikinci qələbə

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş “Baltic Cup” turnirində ikinci oyununu keçirib. 

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Latviyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb – 4:0.

Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze və Aysun Əliyeva fərqlənib. 

Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlub edib. Komandamız avqustun 23-də Estoniya yığması ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right