"Neftçi" 150 min avro istədi, keçid baş tutmadı

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın “Universitatya Krayova”ya keçməməsinin səbəbi məlum olub.

Newsport.az-ın məlumatına görə, Rumıniya klubunun rəhbərliyi "ağ-qaralar"ın təzminat tələbi ilə razılaşmayıb. Bu barədə "Playtech.ro" nəşri məlumat yayıb.

47 yaşlı mütəxəssisin müqaviləsi davam etdiyindən, "Neftçi" qarşı tərəfdən 150 min avro təzminat istəyib. Rumıniya klubu isə tələb edilən məbləği ödəmək istəməyib.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right