Minifutbol üzrə ölkə çempionatında V turun oyunları keçirilib.
Newsport.az-ın məlumatına görə, "İdman" TV ilə canlı yayımlanan oyunlarda “Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ” , “Sumqayıt”, “Real” Bakı, “Dinamo” Gəncə, “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar.
Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar.
Növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.