"Səbail"in yeni baş məşqçisi məlum oldu Rəsmi

Şahin Diniyev “Səbail”in baş məşqçisi təyin olunub.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Şahin Diniyev daha əvvəl baş məşqçi kimi “Terek” (Qroznı, Rusiya), “Qarabağ”, “Kəpəz”, “Rəvan” komandalarını və Azərbaycan milli komandasını çalışdırıb. Mütəxəssis son olaraq AFFA-nın Məşqçilər Komitəsinin üzvü kimi fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right