Rumınlar “Neftçi”nin təzminat tələbinə görə fikirlərindən daşınıblar

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniyanın “Universitatya” (Krayova) klubuna keçməməsinin səbəbi məlum olub. Newsport.az Rumıniya istinadən xəbər verir ki, “Universitatya”nın rəhbərliyi Bakı klubunun baş məşqçi üçün təzminat tələbini müsbət cavablandırmayıb.
 
Regekampfın “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat istəyib. Yalnız bundan sonra Krayova klubunun maliyyə dəstəkçisi Mixai Rotaru Regekampfla işləmək fikrindən vaz keçib.
 
Regekampfın “Neftçi” ilə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right