"Hakimlərdən narazıyam" – Emin Quliyev

“Oyun maraqlı keçdi. Bir daha vurğulayım ki, biz 20 günə komanda formalaşdırmışıq. Çatışmayan cəhətlərimiz çoxdur. Bunların üzərində işləmək lazımdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Rəvan"ın baş məşqçisi Emin  Quliyev Azərbaycan Premyer Liqasının üçüncü turunda "Xəzər Lənkəran"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.

O,  qarşılaşmanın hakimlərindən  narazı olduğunu bildirib:

"Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir".

E.Quliyev komandasını bir xal münasibəti ilə təbrik edib:

"“Xəzər Lənkəran”a isə uğurlar arzulayıram”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right