"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 3-cü turunda "Rəvan"la 1:1 hesabı ilə bərabərə qaldıqları oyunu şərh edib.
Newsport.az-ın məlumatına görə, o, qarşılaşma haqda bunları deyib:
"Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik. İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlanıb, 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq”.