Azərbaycan Premyer Liqasının III turu çərçivəsində baş tutuan “Xəzər Lənkəran” – “Rəvan” qarşılaşması 1-1 hesablı bərabərliklə başa çatdı. Matçdan sonra “Xəzər Lənkəran”ın aparıcı müdafiəçisi Rasim Ramaldanov Newsport.az saytına müsahibə verib:
“Rəvan”la heç-heçə etdiniz. Qarşılaşma haqqında fikirləriniz necədir?
Oyun heç də asan olmadı. Baxmayaraq ki, aşağı yerlərdə mübarizə aparan komanda ilə oynayırdıq. İlk dəqiqələrdə qol vurmaq istəyirdik. Amma bunu baarmadıq. Bu isə bizim oyunumuzu daha da çətinə saldı. Sonra isə gözləmədiyimiz vəziyyətdə qol buraxdıq. Onadan sonra lap çətin oldu. İki qırmızı vərəqə isə heç planlarımıza uyğun deyildi. Amma baardığımızı edib bərabərlik qolunu vurmağı bacardıq.
Nəzərə alsaq ki, ilk qırmızı vərəqəni daha erkən, ikincini isə gec aldınız. Oyunun sınmasına ilk qırmızı vərəqəni səbəb göstərmək olarmı?
Əlbəttə, belə hallar istənilən komanda üçün çətin olur. Belə olduğu təqdirdə rəqib hücuma keçdi. Biz isə müdafiədən hücum etməyə çalışdıq. İkinci qırmızı vərəqə isəoyunun sınma nöqtəsi idi. Şükürlər olsun ki məğlub olmadıq.
Hakimlik barədə nə deyə bilərsən. İdarəçilik ürəyincə oldumu?
Bu barədə danışmaq istəmirəm. Hamı oyunu gördü. Hər kəs özü qiymət versin.