"Xəzər Lənkəran"ın yeni transferi:"Təbii ki, “Qarabağ” və “Qəbələ" MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın yeni transferi fransalı hücumçu Limam Seydinin Newsport.az-a müsahibəsi

-Xəzər Lənkəran” haqqında nə düşüncələriniz var? Artıq komanda ilə birlikdəsiz və məşqlərə qatılmısız...

-Hər şey ürəyimcədir. İnfrastruktur, azarkeşlər və stadion məni qane edir. Əsl futbol şəraiti var. Meydana çıxacağım günü səbrsizliklə gözləyirəm. Burda qollar vurmaq istəyirəm.

-Elə lənkəranlı azarkeşlərin də sizə ümidi böyükdür...

-Bunu bilirəm. Çünki komanda uğurlu nəticələr əldə etmək üçün çalışır. Burda qollara ehtiyacı var ki, bunu da mən etməliyəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq.

-Məlum cəzaya görə komandadan ayrı qalmısız və oyunlara çıxa bilmirsiz. Gələcəkdə oyun praktikasından əziyyət çəkməyəcəksiz?

-Yox. Düşünmürəm ki, belə olsun. Fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre bizə məşqlər verir və qarşıdakı oyunlarda əziyyət çəkəcəyimizi düşünmürəm.

-Digər komandalarımız haqqında məlumatınız var?

-Bəzi komandalar haqqında məlumatım var.

-Diqqətinizi hansı komandalar cəlb etdi?

-Təbii ki, “Qarabağ” və “Qəbələ”. Onların Avropa Liqasındakı oyunlarını da izlədim. Nə “Yanq Boyz”, nə də “Panatinaikos” zəif komanda deyil. Onlar haqqında hamımız bilirik. Mən özüm də Macarıstanın “Debretsen” klubunda olarkən “Yanq Boyz”a qarşı oynamışdım. Azərbaycan klubları onlara qarşı yaxşı oynadılar. Bu o deməkdir ki, çempionatın səviyyəsi aşağı deyil.

-Bundan əvvəl komandanız 2 oyun keçirib. Həmin matçlardakı rəqibləriniz haqqında nə düşünürsüz?

-“Inter” də, “Sumqayıt” da zəif deyildi. Bir də mənim üçün maraqlı olan “Neftçi”dir. Dedilər bu komanda ilə oyunlar çox gərgin keçir. Deməli intriqa böyükdür.

-Azarkeşlər xoşunuza gəldi?

-Əlbəttə. Lənkəranlı azarkeşlər 1 nömrədirlər. Bu haqda mənə məlumat veriblər. 

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right