"Səbail" Çexiya və Polşa klubları ilə qarşılaşacaq

“Səbail”in qış fasiləsi üçün hazırlıq planı bəlli olub.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçisi qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək.

Antalyada baş tutacaq təlim-məşq toplanışı yanvarın 3-də başlayacaq. “Dənziçilər” hazırlıq çərçivəsində yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.

Komanda yanvarın 17-da Bakıya qayıdacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right