Avropada milli çempionatların iştirakçıları arasında ən az qol buraxan komandaların siyahısı açıqlanıb.
Newsport.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ” da yer alıb.
Ağdam klubu sıralamada ilk “10-luğ”a düşüb. Qurban Qurbanovun çalışdırdığı koollektiv cari mövsümdə milli çempionatların geridə qalan hissəsində ən yaxşı müdafiə olunan 9-cu klubdur.
Siyahı komandaların orta hesabla neçə dəqiqədən bir top buraxmalarına əsasən hazırlanıb. Qurban Qurbanovun yetirmələri Premyer Liqanın ilk yarısında qapısında cəmi 8 qol görüb. Bu o deməkdir ki, ağdamlılar 202 dəqiqədən bir rəqiblərə qol sevinci yaşamaq imkanı verir.
Cədvələ 3 komanda başçılıq edir. İspaniya “Barselona”sı, həmçinin, Yunanıstan klubları “Panatinaikos”la AEK eyni göstəriciyə imza atıblar. Adıçəkilən komandaların hər biri ilk 14 matçda cəmi 5 dəfə mərkəzə dəvət olunublar.
-
“Barselona” (İspaniya) – 14 oyuna 5 qol – 252 dəqiqədən bir 1 qol
-
“Panatinaikos” (Yunanıstan) – 14 oyuna 5 qol – 252
-
AEK (Yunanıstan) – 14 oyuna 5 qol – 252
-
“Srvena Zvezda” (Serbiya) – 19 oyuna 7 qol – 244
-
APOEL (Kipr) – 16 oyuna 6 qol – 240
-
TNS (Uels) – 16 oyuna 6 qol – 240
-
“Makkabi” (Təl-Əviv, İsrail) – 15 oyuna 6 qol – 225
-
“Zenit” (Rusiya) – 17 oyuna 7 qol – 218
-
“Qarabağ” (Azərbaycan) – 18 oyuna 8 qol – 202
-
“Yuventus” (İtaliya) – 15 oyuna 7 qol – 193