Klub prezidenti: “Qarabağ”a məğlubiyyət bizi zülmdən qurtarıb”

“Qarabağ”a məğlubiyyət bizi ciddi maliyyə gəlirindən məhrum etməklə yanaşı, böyük zülmdən də qurtarıb”.

Newsport.az-ın məlumatına görə, bunu İsveçrənin “Sürix” klubunun prezidenti Anciello Kanepa cari mövsüm komandasının Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirərkən deyib.

O, “Sürix”in ÇL-in II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”a (2:3, 2:2) yenilərək, mübarizəni Avropa Liqasının qrupunda davam etdirməsini dəyərləndirib. Kanepa buna görə bir növ sevindiyini etiraf edib: “Qarabağ”a qarşı daha yaxşı çıxış etmək mümkün olardı. Əminəm ki, “Qarabağ”ı keçsəydik, pley-offda Çexiya klubu “Viktoriya”nı üstələmək şansımız çox olardı. Amma “Bavariya”, “İnter” və “Barselona” ilə eyni qrupa düşmək ehtimalını görəndə göz yaşlarına qərq oluram”.

Qeyd edək ki, “Sürix” Avropa Liqasının A qrupunda sonuncu yeri tutaraq, avrokuboklarla vidalaşıb. “Qarabağ” isə mübarizəni Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right