"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev instaqram hesabında paylaşım edib.
Newsport.az xəbər verir ki, Qarayev 2023-cü ildə də uğur qazanacaqlarını yazıb:
"2022/2023 mövsümünün ilk yarısı başa çatdı. Bu il Azarkeşlərimizin böyük dəstəyilə möhtəşəm illərdən birini yaşadıq. Hələ həyəcan davam edir! İnanıram ki, 2023-cü ildə də birlikdə uğurlar qazanacağıq! Dəstəyiniz üçün təşəkkürlər! Bu alqışlar sizindir!".
“Qarabağ” Misli Premyer Liqasında 18 turdan sonra 50 xalla turnir cədvəlinə başçılıq edir.