Bakı “İnter”i heyətinə daha bir futbolçu cəlb edib.
Newsport.az-ın məlumatına görə, komandanın sabiq futbolçusu Abdulla Abatsiyevlə yenidən razılıq əldə olunub.
Klub gənc yarımmüdafiəçi ilə bir illik müqavilə imzalayıb.
Ötən mövsüm də "İnter"də mübarizə aparan A.Abatsiyev 88 nömrəli formada çıxış edəcək.