"Sumqayıt" Azərbaycan Premyer Liqasının XVIII turunda “Sabah”ı qəbul edib.
Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, öz meydanında 0:6 hesabı ilə uduzan Samir Abasovun yetirmələri klub tarixinin antirekordunu təkrarlayıb.
Bu, klub tarixinin Premyer Liqada iki ən ağır ev məğlubiyyətlərindən biridir. “Sumqayıt”ın digər acınacaqlı nəticəsi də eyni hesabla olub.
Həmin matç 2018/19 mövsümünə təsadüf edib. 2019-cu il aprelin 1-də “Qarabağ” Sumqayıtda 6 cavabsız qolla qalib gəlib.
"Sabah”ın vurduğu 3-cü qol “Sumqayıt”ın Premyer Liqada buraxdığı 500-cü top olub. 346-cı matçda bu rəqəmə çatan “Gənclik şəhəri” təmsilçisi bu qədər qol buraxan 8-ci komandadır.