"Neftçi"dən ayrılan afrikalı Azərbaycanda qala bilər

"Neftçi"dən ayrılan Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az-ın məlumatına görə, seneqallı müdafiəçi “Səbail”ə təklif edilib.

Təcrübəli futbolçunun paytaxt klubuna keçib-keçməyəcəyi qış “transfer pəncərəsi” zamanı bilinəcək.

29 yaşlı futbolçu özü də, Azərbaycanda qalmağın, “Səbail”ə keçməyin əleyhinə deyil. 

Mamadu “Srvena Zvezda”, “Napredak”, “Jalqris”də oynadıqdan sonra “Neftçi”yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right