“Qəbələ” “Kəpəz”lə oyuna hazırdır

“Qəbələ” Azərbaycan Premyer Liqasının III turunun hazırlığını davam etdirir.

Newsport.az-ın klubun saytına istinaədn yaydığı xəbərə görə, “qırmızı-qaralar” “Kəpəz”lə  ev oyununa Qəbələ şəhər stadionunda hazırlaşır. 

UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) Bakıda keçirilən ilk oyunundan (0:0) sonra məşqlərə ara verməyən komanda Qəbələyə qayıdaraq, ilk məşqini gerçəkləşdirib.
 Dünən baş tutan axşam məşqinə “Qəbələ” tam heyətlə çıxıb. İtkisiz hazırlaşan komanda  əsasən toplu çalışmalara üstünlük verib

Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” matçı avqustun 23-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right