"Sabah"ın məşqçisi: "Bu nəticəni gözləmirdik"

"Sabah" Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"ı 6:0 hesabı ilə məğlub edib.

Newsport.az-ın məlumatına görə, matçdan sonra paytaxt təmsilçisinin məşqçisi Artur Olenin "CBC Sport" kanalının suallarını cavablandırıb: 

- Uşaqları qələbə münasibətilə təbrik edirəm. Hamı yaxşı hazırlıqlı idi. Bu nəticəni gözləmirdik. Uşaqlar çox yaxşı döyüşdülər. Əvvəlki oyunlara nisbətən balaca dəyişiklik etmişdik. 

- Dörd oyun idi, qalib gələ bilmirdiniz. Futbolçuları oyuna necə köklədiz? 

- Digər oyunlardakı kimi. Əvvəlki matçları azlıqda oynamışdıq. 

- Murad Musayev sizə nə deyirdi? 

- Həmişə ünsiyyətdə olmalıyıq onunla. Baş məşqçi kimi oyunu idarə edirdi. 

- Bu qələbə sizin üçün motivasiya olacaq? 
- Mövsümün ilk yarısını belə hesabla qalib başa vurmaq çox xoşdur. Azarkeşlərimizi təbrik edirəm.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right