Məqsəd İsayev ilin son matçında iştirak edə biləcək?

“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.

Newsport.az xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda (1:0) zədələnən Məqsəd İsayev isə bərpa prosesini davam etdirir. Onun bu gündən məşqlərə qoşulması gözlənilir. Lakin futbolçunun ilin son matçı olacaq “Turan Tovuz”la görüşdə iştirak edib-etməyəcəyi bilinmir.

Premyer Liqanın 19-cu turunun “Qəbələ” – “Turan Tovuz” matçı sabah keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right