BATE-nin yeni transferi: "Azərbaycan klubundan təklif almışdım"

BATE-nin yeni transferi Şerif Jimo Azərbaycanda oynaya bilərmiş.

Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan afrikalı bu barədə özü məlumat verib.

O, Borisov klubu ilə müqavilə imzalamamışdan öncə Azərbaycandan dəvət aldığını bildirib:

"Belarusun digər klubları mənimlə maraqlanırdı. Minsk “Dinamo”su təklif göndərmişdi. Azərbaycan və Macarıstan klublarından təklif almışdım. Amma BATE avrokuboklarda oynayacaq. Bir çox səbəblərə görə bu komandanı seçdim".

Fil Dişi Sahili millisinin sabiq müdafiəçisi ötən mövsümü “Neman”(Qrodno) klubunda keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right