“Neftçi”dən rekord, “Qəbələ”dən yubiley, 31-ci yarımfinalçı

“Neftçi” Azərbaycan Kubokunda yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, Bakı klubu 19-cu dəfə yarımfinalda oynamaq hüququ qazanıb.

“Ağ-qaralar” buna 1/4 finalda “Zirə”ni mübarizədən kənarlaşdırmaqla nail olub – 0:1, 3:1. “Neftçi” yarımfinal sayında “Qarabağ”ı keçib. Ağdamlılar 18 dəfə bu mərhələdə iştirak edib.

“Qarabağ”ı yarışdan kənarlaşdıran “Qəbələ” iki oyunun yekunundakı (2:2, 1:0) qələbə ilə 10-cu dəfə bu raunda vəsiqə qazanıb. “Qırmızı-qaralar” bu göstəricidə turnirin tarixində 4-cüdür.

“Səbail” və “Turan Tovuz” isə ilk dəfə 1/4 final səddini adlayıb. Bakılılar yarımfinala yüksələn 30-cu, qərblilər isə 31-ci komandadır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right