"Hədəfimiz yuxarı pillələrə yüksəlməkdir" "Qəbələ"nin legioneri

"Qəbələ"nin braziliyalı futbolçusu Felipe Santos ölkəsinin "Esportenewsmundo" nəşrinə açıqlama verib.
 
Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi əvvəlcə ölkə kubokunda "Qarabağ"a qalib gələrək yarmfinala yüksəlmələri ilə bağlı danışıb.
 
O, finala vəsiqə qazanacaqlarına inandığını deyib: "Düşünürəm ki, bütün komandamız əla iş gördü. Finala çıxacağımıza da inanıram. Amma bunun üçün əvvəlcə yarımfinalda "Səbail"ə qalib gəlməliyik. Hədəfimiz Azərbaycan Premyer Liqasında yuxarı pillələrə yüksəlməkdir".
 
Santos "Qəbələ"dəki çıxışını da dəyərləndirib: "Bu mövsü yaxşı keçir. Meydanda komanda yoldaşlarıma kömək etdiyimə görə şadam. Üç fərqli mövqedə oynamağı bacarıram. Bu isə çox yaxşı haldır. Çünki rəqibdən və baş məşqçinin qəbul etdiyi taktikadan asılı olaraq sxemin dəyişməsinə fayda verə bilirəm".
 
Qeyd edək ki, Felipe Santos bu ilin yayından "Qəbələ"də çıxış edir. O, "Qəbələ"də 3 qol vurub və 8 məhsuldar ötürmə edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right