AFFA verdiyi vədləri tutmur: öncə yarıya endirildi, daha sonra isə…

AFFA milli komandalara vəd etdiyi mükafat və ezamiyyət pullarını ödəmir.
 
Newsport.az idmanxeber.az-a istinadən xəbər verir ki, gələn il Polşada keçiriləcək Avropa oyunlarına vəsiqə qazanan çimərlik üzrə Azərbaycan milli komandası artıq üç aydır AFFA tərəfindən vəd olunan premyalarını ala bilmir.
 
Federasiya rəhbərliyi əvvəlcə komandaya tarixi uğura görə adambaşı 10 min manat mükafat veriləcəyini bildirsə də, sonra büdcədə durumun yaxşı olmadığını bildirərək bu rəqəmi yarıya endirib. Daha sonra isə ümumiyyətlə heç bir məbləğ ödənilməyib.
 
Oyunçuların premyalarını ala bilməməsi bir yana, neçə aydır maaşlarının belə verilmədiyi bildirilir. Məsələdən federasiyanın baş katibi Sərxan Hacıyevin məlumatı olsa da, hər dəfə müxtəlif bəhanələrlə problemin həlli yubadılır.
 
Maliyyə problemi aşağı yaş üzrə milli komandalarda da var. Belə ki, azyaşlılardan ibarət yığmalara vəd olunan ezamiyyət pulu da ödənilmir. Bir neçə aydır ki, oyunçulara söz verilən məbləğ hələ də hesablarına köçürülməyib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right