"Səbail" və "Qəbələ" yarımfinalda Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.

Newsport.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk görüşü Qəbələdə eyniadlı komanda ilə “Qarabağ” arasında keçiriləcək. İlk oyunda qalib müəyyənləşməyib – 2:2.

Digər matçda isə “Sabah” “Səbail”i qəbul edəcək. “Dənizçilər” doğma meydanda baş tutan ilk oyunda 3:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/4 finalın digər iki oyunu dekabrın 20-də olacaq. “Turan Tovuz” “Kəpəz”i, “Neftçi” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
19 dekabr

16:00. “Qəbələ” – “Qarabağ” 1:0 

Qol: Ramon Maçado, 71

İlk oyun – 2:2.
Qəbələ şəhər stadionu.

19:00. “Sabah” – “Səbail” 0-1

Qol: Qoba Zakpa, 73
İlk oyun – 2:3.
“Bank Respublika Arena”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right