“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun newsport.az saytına müsahibəsi:
-Qurban müəllim səfərdə “Yanq Boys” üzərində qələbə qazandınız. Qarşılaşma haqqında fikirləriniz maraqlı olardı...
-Əlbəttə, oyun bizim üçün sərfəli nəticə ilə başa çatdı. Amma futbolçular çox əziyyət çəkdilər. “Yanq Boys” çox güclü komandadı. Oyundan əvvəl də demişdim ki, rəqibin hücum xəttində hədindən artıq güclü oyunçular yer alıb.Bildirmişdim ki, rəqib bizim düşünmədiyimiz hücumları qurmağı bacarır.Həqiqətəndə biz oyunda bunun şahidi olduq. Düzdü, üstünlük bizim tərəfdədi. Amma bu hesab onları daha məsuliyyətli edəcək vəonlar cavab oyununa ciddi hazırlaşacaqlar. Bizi həqiqətən Bakıda çətin oyun gözləyir.
-“Yanq Boys”un bundan əvvəlki oyunlarını izləyib və analizlər aparmısınız. Amma son q həftədə “Yanq Boys”da başməşqçi dəyişikliyi baş verib. Bu dəyişikliklər rəqibin oyununa təsir edibmi?
-Əslində, baş məşqçi dəyişiyliyi baş verməyib.Çünki onun əvəzinə köməkçi məşqçi təyin olunub. Ona görə, hər hansı dəyişiklik hiss olunmurdu. Əgər dəyişiklik olsa idi bəlkə də bizim üçün çətin olacaqdı. Öz oyunlarını oynadılar. Hər iki komandanın imkanları oldu.Amma biz qola vura bildik.
-“Qarabağ” süni meydançada oynamağı sevməyən komandadı. Rəqibin meydançasının süni örtüklü olması sizə çətinlik yaratmadı?
-Əlbəttə. Çox təsiri oldu. Çünki bizim süni meydançalarımızdan fərqli stadion idi. Top da fərqli idi. Burada fytbolçularımız çox yoruldular. Düşünürəm ki, futbolçuların istirahətə ehtiyacı var.
-“Qarabağ” artıq qrup mərhələsinin bir addımlığındadır. Ümumiyyətlə bunu gerçəkləşdirmək üçün “Qarabağ”a nə lazımdı?
-Üstünlüyümüzü qoruyub saxlıamalıyıq. Bəlkədə rəqibin evdəistədiklərioyun alınmadı. Bəlkədə burda alınacaq. Biz buna hazır olmalıyıq. Çünki rəqib yasxşıkomandadır. Böyük təcrübələri var və səviyyəli oyunçuları var. Ona görədə biz Bakıda səbrlıi və təmkinli olmalıyıq.
-Bakıda hansı hesab üçün oynayacaqsınız?
-Futbol elə oyundur ki, rəqib sənə nə qədər imkan verirsə səndə onu göstərirsən. Sadəcə biz onların hüumlarına hazır olmalıyıq. Oyunun gedişində isəöz oyunumuzuoynamağa çalışmalıyıq. Amma bunun nə qədər alınacağını dəqiq deyə bilmək çətindir. İmkan olduqca öz oyunumuzu qurmağa çalışacağıq.
-Səfərdə düşündüyümüz “Qarabağ”ı görə bilmədik. Sanki sönük futbol gedirdi. Bunu özünüz istəyirdiniz sönükoyun olsun, yoxsa rəqib buna imkan vermədi? “Qarabağ”ın bir qolunu çıxsaq sanki futbolçular meydanda vaxt aparırdılar.
-Düşünməzdim belə. Futbolçular topla yaxşı davrandı və çox sürətli hücumlarımız oldu. İlk hissənin sonlarına yaxın və ikinci hissədə çox sürətli hücumlar qurduq. İlk dəqiqələrdən həriki komanda ehtiyyatlıoynayırdı.Çünki ilk dəqiqələrdən meydanda bir-birimizi tanımağa başladıq. Ümumi götürsək oyunun sürəti pis deyildi.
-Bir ifadə ilə Riçardın qolunu necə şərh edərdiniz?
-Siz necə düşünürsünüz məndə elə (gülür).
-Qola çox soyuqqanlı reaksiya verdiniz. Hətta belə bir zarafat yazılmışdı ki, Almeyda bilsəydi belə qol vuracaq Qurban müəlliom belə sevinəcək, heç o qolu vurmazdı...
-İlk dəfə deyil ki. Nadir hallarda belə hallar olur. Oyunun gedişatı bunu tələb edirdi.
-Bilirik ki, səfərdə alınan nəticəyə görə, rəqib Bakıda hücum futbolu oynayacaq. Necə düşünək “Qarabağ” evdə müdafiədə oturub əksər hallarda rəqibin müdafiəsində boşluqlar arayacaq?
-Biz rəqibin hücumlarına hazır olmalıyıq. Meydança amilini də düşünəcəyik. Meydanın vəziyyətinə görə oyunumuzu quracağıq. “Seltiik”lə oyunda gördüyünü kimi istədyimiz oyunu oynaya bilmıdik.Sabahdan stadionun durumu ilə maraqlanacağıq.Meydança amili hansı oyunu oynayacağımızda əsas rol oynayacaq.
-Maksim Medvedev cavab oyununa hazır olacaq?
-Düşünmürəm Maksim oynasın. Amma bu həftədən komanda ilə birgə məşqlərə qoşulacaq.
Mərdan Həsənov