Xəbər verdiyimiz kimi Avropa Liqasının “pley off” mərhələsində İsveçrədə “Yanq Boys” üzərində sərfəli nəticə qazanan “Qarabağ” az öncə Bakıya çatıb.
“Qarabağ”ın futbolçusu Qara Qarayev səfər haqqında təsəuratlarını Newsport.az-a danışıb: “Çətin dönəmdəyik. Şükürlər olsun ki nbunun öhdəsindən gələ bildik. Səfərdə “Yanq Boys”a qalibgəlməyimiz çox yaxşı oldu. Qarşıda isə bizim bir həftəmiz var. Biz bu qələbəyə görə arxayınlaşmamalıyıq. Azarkeşlərimizin önündə çətib bir qarşılaşma olacaq. Amma biz “Yanq Boys”u Bakıda da məğlub etməyə çalışacağıq. Hələ heç nə həll olunmayıb. Ona görə də heç nəyə qapanmamlıyıq. Bizi Bakıda çətin oyun gözləyir. Düşünürəm ki, rəqib cavab oyununda daha ciddi futbol oynayacaq. Səfərdə olduğu kimi ehiyyatlı oyuna üstünlük verməliyik. Səfərdə alınan 1-0 hesablı qələbə bizi aldatmamlıdır.”