Futbol üzrə Azərbaycan I Divizionunda XV tura start verilib.
Newsport.az-ın məlumatına görə, bu gün "İmişli" öz meydanında "Turan Tovuz-2"ni qəbul edib. Qarşılaşma Ruhid Usubovun yetirmələrinin minimal hesablı qələbəsiylə başa çatıb.
Xallarını 13-ə yüksəldən "İmişli" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. "Turan Tovuz-2" isə 28 xalla 2-ci yerdədir.