Polşanın "Poqon" klubunun "Qarabağ"ın hücumçusu Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı xəbər vermişdik.
Newsport.az-ın məlumatına görə, mövzu ilə bağlı Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov açıqlama verib. 50 yaşlı mütəxəssis hücumçu üçün kluba heç bir təklif gəlmədiyini bildirib:
"Polşa klubunun Musa ilə maraqlandığını mən də eşitmişəm. Amma bununla bağlı bizə heç bir təklif gəlməyib".