Bu gün Komanda.az saytının "ilin məşqçisi" nominasiyasının qalibi öz mükafatına sahib çıxıb.
Newsport.az-ın məlumatına görə, jurnalistlərin səsverməsinə əsasən, Qurban Qurbanov növbəti dəfə bu ada layiq görülüb. Səsvermədə 67 jurnalist iştirak edib. Onlardan 54-ü "Qarabağ"ın baş məşqçisinə səs verib.
Xatırladaq ki, 2009-cu ildən bu yana 50 yaşlı mütəxəssis səsvermədə hamını qabaqlayır.
