“Sumqayıt”ın istefaya göndərdiyi baş məşqçi “Şaxtyor”la anlaşıb

“Sumqayıt”ın sabiq baş məşqçisi Aleksey Baqa Belarusun “Şaxtyor” (Soliqorsk) komandası ilə anlaşıb.

Newsport.az-ın “Football.by”yə istinadən məlumatına görə, Azərbaycan təmsilçisinin sentyabrda istefaya göndərdiyi 41 yaşlı mütəxəssis keçmiş klubu ilə müqavilənin bütün detallarını razılaşdırıb.

Donetsklilər baş məşqçi Miliç Çuriçiçlə yollarını ayırmağa hazırlaşır. Yaxın günlərdə Çuriçiç istefaya göndəriləcək və Baqa ictimaiyyətə rəsmən təqdim olunacaq.

Qeyd edək ki, Aleksey Baqa 2021-ci ildə “Şaxtyor”un sükanı arxasında olub və kluba 2-ci ölkə çempionluğunu qazandırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right