“Turan Tovuz”la “Sabah” kubok oyunlarına görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz”un 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Sabah”ın futbolçusu Nicat Mehbalıyev oyunun 12-ci dəqiqəsində rəqibi aşkar qol vurma imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb və klubu 200 manat cərimə edilib.

“Səbail” – “Sabah” oyununda “Sabah”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right