Emin Mahmudov Rumıniya klubuna keçə bilər

"Neftçi" klubunun və Azərbaycan millisinin kapitanı Emin Mahmudov karyerasını Rumıniyada davam etdirə bilər.

Newsport.az yerli "Oltenia TV"yə istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda "Universitatya Krayova"ya keçmək ehtimalı var.

Bildirilib ki, rumıniyalı baş məşqçi Laurentsiu Regekampf "ağ-qaralar"dan ayrılıb bu komandaya keçsə, təcrübəli oyunçunu özü ilə aparmağı planlaşdırır.

"Universitatya Krayova"nın Mahmudovu azad agent kimi heyətinə cəlb edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Laurentsiu Regekampf 2021/2022 mövsümündə "Universitatya Krayova"da işləyib. Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatmalıdır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right