Abbasovun 250-ci oyunu

Ürfan Abbasov “Qəbələ”də 250-ci oyununu keçirib.

Newsport.az xəbər verir ki, 30 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib. O, “Qarabağ”la səfər qarşılaşmasında (0:1) sonradan meydana çıxıb.

Ürfan “Qəbələ”nin tarixində ən çox oyun keçirən futbolçudur. O, 250 matçda 4 qola imza atıb. Müdafiəçi Premyer Liqada 204, Azərbaycan kubokunda 31, avrokuboklarda 15 dəfə şans qazanıb. Abbasovun bütün qolları çempionata təsadüf edib.

Futbolçu “Qəbələ”də 2011/12 mövsümündə debüt edib. O, 2012-ci il fevralın 21-də “Xəzər Lənkəran”la ev görüşündə (2:1) meydana çıxıb.

Xatırladaq ki, “Qarabağ”la matç zədə üzündən əməliyyat olunduğu üçün uzun müddət meydanlardan kənar qalan müdafiəçinin Misli Premyer Liqasının cari mövsümündə ilk oyunu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right