Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulacaq.
Newsport.az-ın məlumatına görə, turun son oyununda "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.
Hazırda "ağ-qaralar" 32 xalla 3-cü, bölgə klubu isə 16 xalla 6-cı pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatında cəmi 1 dəfə qarşılaşıblar. Cari mövsümün I dövrəsinə təsadüf edən qarşılaşmada hesab açılmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15 dekabr (cümə axşamı)
14:30. “Turan Tovuz” – “Neftçi” 0:1
Qol: Emin Mahmudov
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Müslüm Əliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu.