Elmar Baxşıyev: "Qarabağ"a qarşı layiqli mübarizə apardıq"

"Qəbələ" Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında "qırmızı-qaralar"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Beş gündən bir oynadaq da, matçın dinamikası xoşuma gəldi. Komandam oyunun sonuna kimi tempi saxlaya bildi. Kollektiv şəkildə "Qarabağ"a qarşı layiqli mübarizə apardıq. Heç-heçə də edə bilərdik. Bəzi epizodları dəyərləndirə bilsəydik, nəticə fərqli ola bilərdi. Ümumi götürəndə komandanın oyunundan razı qaldım. Futbolçular mən istədiyimi meydanda verir. 

- Xal qazanmaq üçün nə çatmadı?

- Dinamikanı saxlamaq özü böyük güc tələb edir. Futbolçularıma təşəkkür edirəm ki, tempi aşağı salmadılar. Ağır dönəmdəyik. Amma komanda müsbət impuls verir. İnanıram ki, getdikcə daha da yaxşı oyun nümayiş etdirəcəyik. 

- Hakimliklə bağlı fikriniz necədir?

- İlk hissədə 11 metrlik cərimə zərbəsi ilə bağlı irad bildirmirdim. Sadəcə oyunçumuza sarı vərəqə göstərilməsinə etirazımı bildirdim. Hakimləri müzakirə etmək istəmirəm. Onların da öz rəhbərləri var. İnanırıq ki, onlara lazımi tapşırıqları verəcəklər. Mənim üzərimə komandama qiymət vermək düşür. 

- Avrokuboklara vəsiqə qazanmaq şansını necə dəyərləndirirsiz?

- Mövsüm uzundur. İndidən nə mən, nə komanda bu barədə düşünmür. Yalnız qarşıdakı oyunu düşünürük. Olacaqsa, çox yaxşı. Avrokuboklar uğrunda mübarizə aparacağıq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right