Millinin üzvləri “Rolls-Roys"la mükafalandırılıb? Açıqlama

Səudiyyə Ərəbistanı millisinin futbolçularına DÇ-2022-nin qrup mərhələsinin 1-ci Argentinada üzərində 2:1 hesablı qələbəyə görə “Rolls-Roys Fantom” avtomobili verilməyib.

Newsport.az xəbər verir ki, bu barədə "Marca"ya Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişal məlumat verib: "Yox, yox. Futbolçularımız ölkəni təmsil etdiklərini düşünərək qürurla oynayırdılar. Milli komandanı tarixi matçda təmsil etmək onlar üçün şərəf və qürur idi. Bu şayiələr həqiqətə uyğun deyil. Əlbəttə ki, onların bonusu var idi. Lakin bu, adi bir bonus idi. Belə hallara görə bizim qaydalarımız var.

Onlar bonuslar üçün deyil, ölkə üçün oynayırlar. Onların bir çoxu Argentina üzərində qələbədən sonra məşhur oldular".

Qeyd edək ki, mətbuatda Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın qərarı ilə futbolçulara qələbəyə görə “Rolls-Roys Fantom” avtomobili veriləcəyi barədə xəbərlər yayılmışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right