“Qarabağ” - “Qəbələ” matçı 5 manata

Premyer Liqanın 17-ci turunda keçiriləcək “Qarabağ” - “Qəbələ” qarşılaşmasının biletləri sabah - oyun günü saat 11:00-dan etibarən satışa çıxarılacaq. Newsport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.
 
Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.
 
Biletləri həm @iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkündür.
 
Qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.
 
Xatırladaq ki, dekabrın 13-də “Azersun Arena”da baş tutacaq “Qarabağ” – “Qəbələ” oyununa saat 19:00-da start veriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right