Futbol üzrə Azərbaycan birinci divizionunda 14-cü tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma baş tutub.
“Şamaxı-2” “Sumqayıt-2” ilə, “Turan Tovuz-2” isə “Qarabağ-2” ilə ev oyunundan qalib ayrılıb. “Qaradağ Lökbatan” da səfərdə “Mingəçevir” üzərində qələbəyə sevinib. “Zirə-2” ilə “İmişli” arasındakı oyunda isə qalib müəyyənləşməyib.
Turun qalan oyunları bu gün keçirilib. Lider “Araz Naxçıvan” “Neftçi”nin ikinci komandasını məğlub edib.
“Qəbələ”nin əvəzediciləri isə “Zaqatala”ya böyük hesabla qalib gəlib – 4:1.
Birinci divizion, 14-cü tur
10 dekabr
Şamaxı-2 – Sumqayıt-2 2:1
Qol: Abdulla Rzayev, 45. Bəhruz Teymurov, 50 – Cavidan Abbaszadə, 55.
Hakimlər: Əkbər Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Mahmud Bağırzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
Şamaxı şəhər stadionu, 14:00
Turan Tovuz-2 – Qarabağ-2 3:1
Qol: İzzət Müştaqov, 45. Nazim Həsənzadə, 81; 90+3 – Seyxan Fərəcov, 57.
Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Zakir Şükürzadə, İrşad Aydınov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu, 14:00
Mingəçevir – Qaradağ Lökbatan 0:2
Qol: Elnur Cəfərov, 51-pen. Ceyhun Muxtarlı, 57.
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Asif Abdullayev, Rəsul Babayev
Hakim-inspektor: Ceyhun Haşımov
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00
MOİK – Səbail-2 3:1
Qol: İlham Allahverdiyev, 22. Samir Alıyev, 40. Muxtar Nəzərli, 90 – Xəyal Bədirov, 72.
Hakimlər: Cavid Cəlilov, Kərim Zeynalov, Sevda Nuriyev, Fəridə Lütfəliyeva
Hakim-inspektor: Vüsal Əliyev
Binə qəsəbə stadionu, 13:30
Qəbələ-2 – Zaqatala 4:1
Qol: Sənan Ağalarov, 44. Fərid İsgəndərov, 51. Rauf Məhərrəmov, 56. Bilal İsmayılov, 80 – Kənan Müslümov, 9.
Hakimlər: İslam Məmmədov, Zöhrab Abbasov, Asiman Azizli, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 14:00
Araz Naxçıvan – Neftçi-2 3:1
Qol: Həzrət İsayev, 5. Orxan Əliyev, 45-pen. Bayraməli Qurbanov, 72 – Vüsal Əsgərov, 7.
Hakimlər: Vüqar Həsənli, Teymur Teymurov, Şirmamed Mamedov, Elvin Bayramov
Hakim-inspektor: Ömər Paşayev
Naxçıvan Muxtar Respublika Stadionu, 14:00
BOMBARDİRLƏR:
Orxan Əliyev (“Araz Naxçıvan”) – 12 qol
Cəlal Cəbrayılov (“Zaqatala”) – 9 qol
Rauf Əliyev (“Kəpəz-2”) – 9 qol
Vüsal Əsgərov (“Neftçi”) – 9 qol
Elnur Cəfərov (“Qaradağ Lökbatan”) – 8 qol
İlham Allahverdiyev (MOİK) – 8 qol